Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 25 avqust, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib.
Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]
Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb
- 29.09.2026 [12:46]
SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]