Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığı müzakirə olunub
Bakı, 3 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun VII (GECF) Zirvə Toplantısı çərçivəsində Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə GECF, “OPEC+” çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığın konstruktiv məcrada inkişafından məmnunluq ifadə edilib.
Neft-qaz ölkələri olan Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığının cari vəziyyəti nəzərdən keçirilib.
2022-ci ildə Azərbaycan ilə Əlcəzair arasında imzalanmış neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq Birgə İşçi Qrupunun yaradılması prosesinin sürətləndirilməsi razılaşdırılıb. Həmçinin SOCAR və “Sonatrach” şirkətlərinin əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.
Energetika naziri əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]