AZƏRBAYCANLA MOLDOVA ARASINDA TURİZM SAHƏSİNDƏ SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Azərbaycanın Ukraynadakı səfirliyində Azərbaycan Respublikası hökuməti ilə Moldova Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Sənədi Azərbaycanın Moldovadakı səfiri (iqamətgahı Ukraynadadır) Tələt Əliyev və Moldovanın Azərbaycandakı səfiri (iqamətgahı Kiyevdədir) Nikolae Çernomaz imzalamışlar.
Tələt Əliyev demişdir ki, Saziş hər iki ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır, Azərbaycan-Moldova tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə, xalqlarımızın bir-birinə yaxınlaşmasına kömək edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]