Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
Bişkek, 25 iyun, АZƏRTAC
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.
AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi-diplomatik, iqtisadi-ticarət, sosial-humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin davam etdirilməsi məsələləri müzakirə olunub.
Danışıqlar zamanı əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib, Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
Görüşdə Ruslan Kazakbayevin Azərbaycana nəzərdə tutulan səfəri də diqqət mərkəzində olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]