AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA İQTİSADİ ƏLAQƏLƏR İNKİŞAF ETDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyəyə rəsmi səfəri zamanı keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi barədə razılıq əldə olunmuşdur. Parlamentin sədri Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə demişdir ki, ölkələrimiz arasında siyasi əlaqələr inkişaf etsə də iqtisadi sahədə müəyyən gerilik vardır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 530 milyon dollar təşkil edir. Ona görə də iqtisadi-ticarət dövriyyəsini daha da inkişaf etdirməyi və genişləndirməyi qərara almışıq. Bunun üçün geniş imkanlar, möhkəm qanunvericilik bazası vardır.