AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA TİCARƏT DÖVRİYYƏSİ ARTMIŞDIR
DGK sədri ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlandığını, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə tez-tez görüşdüklərini və bu görüşlərin davam etdiriləcəyini bildirmişdir. Komitə ilə TÜSİAB arasında yaradılan işçi qrupunun birgə fəaliyyətindən, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə əməkdaşlıqdan, iki ölkənin gömrük xidmətlərinin sıx əlaqələrindən razı qaldığını diqqətə çatdıran Aydın Əliyev bütün bunların davamı kimi, DGK əməkdaşlarından ibarət nümayəndə heyətinin yaxın aylarda Türkiyəyə səfər edəcəyini vurğulayaraq qeyd etmişdir ki, səfərdən əsas məqsəd təcrübə mübadiləsi, konkret olaraq, dəniz sərhədlərinin qorunması, mühafizəsi və bu sahədə istifadə olunan texniki nəzarət vasitələrinin öyrənilməsidir.
Aydın Əliyev qardaş ölkələrimiz arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini söyləyərək bu sıx münasibətlərin daha sarsılmaz olmasında Türkiyə və Azərbaycan “bir millət, iki dövlətdir” - deyən ümummilli lider Heydər Əliyevin misilsiz tarixi rolu olduğunu bildirmişdir.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin durmadan artdığını deyən komitə sədri ölkələrimiz arasında 2002-ci ildəki 250 milyon dollarlıq ticarət dövriyyəsinin ötən ildə 588 milyon dollara çatdığını xüsusi vurğulamışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını, ümumilikdə, qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə üçüncü yerdə durduğunu diqqətə çatdırmışdır.
Turan Moralı Aydın Əliyevi yeni təyinatı münasibətilə təbrik etmişdir. Azərbaycanda sürətli iqtisadi inkişaf sürətindən məmnun qaldığını bildirən səfir ölkələrimiz iqtisadi, siyasi, mədəni əlaqələrinin hazırkı vəziyyətini yüksək qiymətləndirmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasını sevindirici hal kimi dəyərləndirən türkiyəli diplomat onun 1 milyard dollara çatdırılması üçün geniş imkanların mövcud olduğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirmişdir. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən səfir türk iş adamlarının Azərbaycanda gömrüklə bağlı heç bir probleminin olmadığını söyləmiş, bu sahədə DGK-nın köməyini yüksək qiymətləndirmişdir.
Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri barəsində fikirlərini açıqlayan Turan Moralı blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün bundan sonra da lazımi dəstəyin veriləcəyini, işğal altında olan torpaqlarımız azad edildikdən sonra mövcud iqtisadi əlaqələrdə yeni səhifənin açılacağını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb
- 09.10.2026 [23:50]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:07]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [18:03]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:59]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:57]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [17:55]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:47]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:46]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:41]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:39]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:38]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [17:29]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:27]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [17:24]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:21]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:20]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [17:04]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [17:01]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:41]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:37]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:31]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
- 09.10.2026 [16:30]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [16:28]