Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanla Türkmənistan arasında iqtisadi sahədə tərəfdaşlıq regionun inkişafına töhfə verir

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Nazir Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə vurğulanıb ki, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Bildirilib ki, ölkələrimizin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.

Türkmənistana səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayevlə görüşüb. SOCAR-ın nümayəndələrinin də iştirak etdiyi görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi, potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev arasında keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artırılması, Komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Türkmənistana səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçiriblər. SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə iş adamının oteldə 750 min avro dəyərində brilyant üzüyü itib

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

İsrailin müdafiə naziri: Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb

Gürcüstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib

Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb

BƏƏ Ermənistan ilə Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı 3 çatıb YENİLƏNİB

İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib

Bakıda görkəmli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyi qeyd olunub

Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib

Vyanada beynəlxalq festivalda Azərbaycan mətbəxi təqdim olunub

“Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib

Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir