Azərbaycanlı alimlərin şəkərli diabet mövzusundakı tədqiqatı Sürixdə keçirilən konqresdə təqdim olunub
Bakı, 20 aprel, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, tibb elmləri doktoru Valeh Mirzəzadənin rəhbərliyi altında “2-ci növ şəkərli diabet və prediabet zamanı B12 vitamin çatışmazlığı” tədqiqat işi uğurla yerinə yetirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan tədqiqata dair hazırlanmış məlumat İsveçrənin Sürix şəhərində keçirilən konqresdə onlayn şəkildə təqdim olunub.
Təqdimat kafedranın assistenti Aygün Hüseynova tərəfindən aparılıb.