AZƏRBAYCANLI BEYNƏLXALQ QROSSMEYSTER ŞƏHRİYAR MƏMMƏDYAROV UKRAYNA ŞAHMATÇISI ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirilən FİDE-nin Qran-Pri turnirində 8 tur arxada qalmışdır.
Bu turda ağ fiqurlarla oynayan Azərbaycan idmançısı Şəhriyar Məmmədyarov Ukrayna şahmatçısı Sergey Karyaginlə görüşdə əvvəlcə mövqe üstünlüyünə malik olmuş, daha sonra bir artıq piyada qazana bilmişdir. Ukraynalı qrossmeyster həmyerlimizə ciddi müqavimət göstərsə də, 66-cı gedişdə mübarizəni dayandırmaq məcburiyyətində qalmışdır.
Səkkizinci turda Azərbaycan şahmatının iki lideri - Vüqar Həşimovla Teymur Rəcəbov üz-üzə gəlmişlər.
V.Həşimov-T.Rəcəbov görüşündə şahmatçılar 14-cü gedişdə vəzirləri dəyişərək oyunu sadələşdirmiş və heç-heçəyə razı olmuşlar.
Digər görüşlər belə nəticələnmişdir: E.İnarkiev-D.Navara 1:0, Q.Kamski-E.Bakro 0,5:0,5, Vanq Yu-M.Adams 0,5:0,5, P.Svidler-A.Qrişuk 0.5:0.5, M.Karlsen-İ.Çeparinov 0.5:0.5
Hazırda V.Həşimov, Vanq Yu və A.Qrişuk 5 xalla turnir cədvəlinə başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]