Azərbaycanlı hakim Çağırış kuboku yarışına təyinat alıb
Bakı, 14 dekabr, AZƏRTAC
Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev qadın voleybolçular arasında keçirilən Çağırış kuboku yarışına təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Z.Hacıyev turnirin 1/16 final mərhələsində mübarizə aparan Rumıniyanın “Rapid” və Çexiyanın “Ostrava” klubları arasında təşkil olunacaq görüşdə baş hakim funksiyasını yerinə yetirəcək. Matçın ikinci hakimi italiyalı Alessandro Cerra olacaq.
“Rapid”-“Ostrava” görüş bu gün Buxarestdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]