Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Hollandiyada keçirilən festivalın lideridir
Bakı, 23 oktyabr, AZƏRTAC
Hollandiyanın Hoqeven şəhərində keçirilən 22-ci şahmat festivalının dörd turu geridə qalıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 12 ölkədən 90 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Qədir Hüseynov və Eltac Səfərli iştirak edirlər.
Dörd turda 4 xal toplayan Qədir Hüseynov turnirdə liderlik edir. Yerli şahmatçılar Erik Van den Dul, Merijn Van Delft, Stefan Keypers, Royland Pryuyssers, Dmitri Kryakvin (Rusiya) və Bassem Amin (Misir) ondan yarım xal, səkkiz şahmatçı, o cümlədən Eltac Səfərli bir xal geri qalırlar.
Hollandiyada şahmat festivalı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]