AZƏRBAYCANLI TƏLƏBƏNİN ABŞ-IN NÜFUZLU UNİVERSİTETİNDƏ ÇIXIŞI RƏĞBƏTLƏ QARŞILANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının ABŞ-ın Cochise Universitetində təhsil alan üzvü Aidə Səmədova noyabrın 14-də bu elm ocağında “Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda “dəyirmi masa” keçirmişdir.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan “dəyirmi masa”da ölkəmizdə turizmin inkişafı ilə bağlı görülmüş işləri özündə əks etdirən video-çarx nümayiş etdirilmişdir.
Tədbirdə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verən Aidə Səmədova Azərbaycan-Amerika münasibətlərinin hazırkı səviyyəsindən danışmışdır.
Təhsil aldığı universitet ictimaiyyətinə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının fəaliyyəti barədə geniş məlumat verən A.Səmədova hərəkatın yaranması, məqsədi, gördüyü işlər barədə danışmış və hazırda təşkilatın 4 min nəfərə yaxın üzvü olduğunu diqqətə çatdırmışdır.
Ali məktəbin əlliyə yaxın professorunun iştirak etdiyi tədbirdə Cochise Universitetinin rəhbəri, doktor Nicodemusun “Mən heç vaxt təsəvvürümə gətirməzdim ki, bizim universitetdə Azərbaycan kimi zəngin bir ölkənin nümayəndəsi təhsil ala bilər” sözləri iştirakçıların gurultulu alqışları ilə qarşılanmışdır.
Xatırladaq ki, eyni mövzulu tədbir noyabrın 15-də Arizona Universitetində də keçiriləcəkdir.
Xatırladaq ki, universitetdə Əcnəbi Tələbələrin Səfiri (International Student Ambassador) seçilmiş Aidə Səmədova təhsil aldığı dövrdə üzərinə Azərbaycanımızı, gəncliyimizi geniş Amerika auditoriyasına təqdim etmək barədə öhdəlik götürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]