“AZƏRBORU” YÜKSƏK KEYFİYYƏTLİ BORULAR İSTEHSALINA BAŞLAMIŞDIR
Müəssisənin “ürəyi” sayılan birinci boru prokat sexi, nəhayət, işə düşmüşdür. Uğurla həyata keçirilmiş təmir-bərpa işlərindən sonra “250” dəzgahında texnoloji proses tam miqyasda işə salınmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yüksək keyfiyyətli boruların sınaq dəsti buraxılmışdır. Rusiyanın “Nefteqazosbıt” Açıq Səhmdar Cəmiyyəti ilə 2006-cı il üçün bağlanmış müqaviləyə əsasən, Sumqayıt metallurqları hər ay Moskvaya dövlət standartlarına uyğun 5 min boru göndərəcəklər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev istehsal prosesi ilə tanış olmuş, mütəxəssislərlə müəssisənin inkişafının aktual problemləri, istehsalın artırılmasına dair vəzifələr müzakirə edilmişdir. Bildirilmişdir ki, burada müxtəlif profilli – qazma, nasos-kompressor borularının, habelə neft və qaz sənayesi üçün ümumi təyinatlı boruların hazırlanmasının mümkünlüyü müəssisənin perspektiv inkişaf proqramının həyata keçirilməsi üçün obyektiv zəmin yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]