“AZERCELL” “KONTURPAY” KAMPANİYASINA BAŞLAMIŞDIR
“Azercell Telekom” MMC “KonturPay” adlanan yeni payız kampaniyasına başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 31-dək davam edəcək kampaniya çərçivəsində “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri gün ərzində iki eyni nominallı kartı yükləməklə elə həmin gün həmin kart növündə olduğu qədər kontur pay alacaqlar. Yəni əgər abonent gün ərzində balansına azı iki ədəd 2 manatlıq kart yükləyərsə, onda növbəti gündən gec olmayaraq onun balansına daha 360 kontur hədiyyə yüklənir. Abonent iki ədəd 5 manatlıq kart yüklədikdə onun müqabilində 1000, iki ədəd 10 manatlıq yüklədikdə 2500, iki ədəd 20 manatlıq yüklədikdə 5500, iki ədəd 40 manatlıq yüklədikdə 11.500 kontur pay almaq imkanı əldə edir. Bir sözlə, gün ərzində “Azercell” abonentləri 20.860 hədiyyə konturu qazana bilərlər.
Bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar.