Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli iclas iştirakçıları!

Azərbaycan iqtisadiyyatının bütün istiqamətlərdə yüksək sürətlə inkişaf etməsi bu günün danılmaz reallığıdır. O cümlədən, iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sahəsində də böyük uğurlar əldə etmək üçün möhkəm zəmin yaradılmışdır.

Əlbəttə, Azərbaycanda müstəqil energetika sisteminin formalaşması ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, mövcud generasiya güclərinin və elektrik şəbəkələrinin yarısından çoxu bilavasitə ulu öndərimizin adı ilə bağlıdır.

Cənab Prezident!

Son iki il ərzində elektrik energetikası sahəsinin inkişafı istiqamətində Sizin tərəfinizdən qətiyyətli və ardıcıl addımlar atılmışdır. 2015-ci ilə qədər uzunmüddətli və 2008-ci ilə qədər yaxınmüddətli proqramlar müəyyən olunmuş, qarşımızda duran vəzifələr müəyyənləşdirilmişdir.

Yaxınmüddətli proqram mövcud problem və çatışmazlıqların aradan qaldırılmasını, uzunmüddətli proqram isə sahənin qabaqlayıcı templə inkişaf etdirilməsini, respublikanın elektrik enerjisi idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilməsini nəzərdə tutur.

Möhtərəm Prezident!

Bu gün Azərbaycanın enerji sistemində ümumi gücü 5000 meqavata yaxın olan 4 istilik və 5 su elektrik stansiyası fəaliyyət göstərir. 2005-2006-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində onların maksimum real gücü 4100 meqavata yaxın olacaqdır.

Nəinki respublikada, həm də Cənubi Qafqazda ən böyük elektrik stansiyası olan “Azərbaycan” DRES-də görülmüş işlər və 5-ci blokda aparılan yenidənqurma işləri nəticəsində 230 meqavat güc bərpası gözlənilir. Qış mövsümündə stansiyanın real güc imkanı 2100 meqavat olacaqdır.

“Şimal” DRES-də 400 meqavatlıq buxar-qaz qurğusunda əsaslı təmir işləri dünən başa çatdırılmışdır.

Bu gün stansiya artıq şəbəkəyə qoşulmuşdur.

İstilik elektrik stansiyalarının anbarlarında 300 min tondan artıq mazut ehtiyatı toplanmışdır.

Cənab Prezident!

Bu il sentyabrın 8-də Sizin xeyir-duanızla təməli qoyulmuş Astara elektrik stansiyasında işlər yüksək sürətlə davam edir. Dünən birinci modul artıq Astaraya gətirilmişdir. Sizi bir daha əmin edirəm ki, Astara stansiyası bu qış mövsümündə enerjisistemə əlavə 90 meqavata yaxın yeni elektrik gücü verəcəkdir.

Naxçıvan Muxtar Respublikasının enerji təchizatını yaxşılaşdırmaq üçün “Babək” İstilik Elektrik Stansiyasında turbinlərin dizel yanacağından qaz yanacağına keçirilməsi məqsədi ilə modernləşdirmə işləri yüksək sürətlə həyata keçirilir. Stansiyanın modernləşdirilməsi ilə yanaşı, Babək yardımçı stansiyasında əsaslı yenidənqurma işləri aparılır. Stansiya bu qış mövsümündə işə salındıqdan sonra muxtar respublika əlavə 50 meqavat güc əldə edəcəkdir.

2005-ci ilin 9 ayı ərzində enerji sisteminin sistemtəşkiledici elektrik verilişi xətlərinin və yardımçı stansiya avadanlıqlarının əsaslı təmiri, payız-qış mövsümünə hazırlığı, istismar səviyyəsinin yüksəldilməsi sahəsində də əsaslı işlər görülmüşdür.

Bölgələrin enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə 2005-ci ilin əvvəlindən başlayaraq enerjisistemin sistemtəşkiledici yardımçı stansiyalarında yenidənqurma işləri aparılır.

Görülmüş işlər nəticəsində bu stansiyalarda, ümumilikdə, 500 meqavoltamperə yaxın güc artımı əldə ediləcəkdir.

Artıq “Yevlax”, “Kürdəmir”, “Ucar”, “Bərdə”, ”Masallı”, “Sabirabad”, “Astara”, “Ələt”, “Sumqayıt-2” və 135 saylı yardımçı stansiyalarda işlər tamamilə başa çatdırılmışdır. Digər yardımçı stansiyalarda isə işlər davam etdirilir.

Cari ilin əvvəlindən Almaniyanın KfW bankı tərəfindən maliyyələşdirilən reabilitasiya proqramı çərçivəsində 500 kv-luq “Abşeron”, 330 kv-luq “İmişli”, “Yaşma”, “Binəqədi”, “Müşfiq”, “Nizami”, “8-ci km”, “Xırdalan”, “Puta”, “Maştağa” və bir sıra digər yardımçı stansiyalarda avadanlıqlar yeniləşdirilir. İlin sonuna qədər bu işlər başa çatdırılacaqdır.

2005-ci ilin 9 ayı ərzində respublikanın elektrik stansiyalarında istehsal edilmiş elektrik enerjisinin həcmi 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 16,3 milyard kilovat-saat təşkil etmişdir.

İlin sonuna qədər elektrik enerjisi istehsalının 23 milyard kilovat-saatdan artıq olacağı gözlənilir. Bu isə son 14 ilin ən yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, bu artım yeni generasiya güclərinin istifadəyə verilməsi hesabına deyil, itirilmiş güclərin bərpası hesabına həyata keçirilmişdir. İstehsal olunmuş elektrik enerjisinin 87,1 faizi istilik elektrik stansiyalarında, 12,9 faizi isə su elektrik stansiyalarında istehsal olunmuşdur.

1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı enerji sisteminin ən əhəmiyyətli, ən aktual iqtisadi göstəricisi hesab olunur. Hesabat dövründə bu göstərici 380,5 qram, yəni keçən ilin 9 ayı ilə müqayisədə 5,7 qram az olmuşdur. Bu isə 77 min ton şərti yanacağa, başqa sözlə, 57 min ton soba mazutuna qənaət edilməsi deməkdir.

Cənab Prezident!

2005-ci ilin 9 ayı ərzində Səhmdar Cəmiyyətinin tabeçiliyində olan müəssisələrdə yeni layihələrin həyata keçirilməsi ilə bağlı 1000-dən artıq yeni iş yeri açılmışdır.

Yaxın iki il ərzində ötürücü şəbəkə sisteminin inkişafı ilə əlaqədar və yeni generasiya güclərinin istismara verilməsi nəticəsində Səhmdar Cəmiyyətdə əlavə 1500 yeni iş yeri açılacaqdır.

Möhtərəm Prezident!

Avqustun 12-də Sizin tərəfinizdən Sumqayıtda 506 meqavat gücündə buxar-qaz qurğusunun təməl daşı qoyulmuşdur. Məlumat vermək istəyirəm ki, layihə işləri qrafik üzrə aparılır və 2007-ci ilin dördüncü rübündə bu qurğu istismara verilərək, ölkənin ümumi enerji sisteminə qoşulacaqdır.

“Şimal” DRES-də inşa ediləcək 400 meqavat gücündə ikinci buxar-qaz qurğusu enerji sistemin gücünün artırılmasında əhəmiyyətli rol oynayacaqdır. Cari ilin noyabr ayında layihə üzrə texniki məsləhətçinin seçilməsi üzrə tender proseduru başlanacaqdır.

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında enerji mübadiləsi üçün texniki imkanların artırılması layihəsinin həyata keçirilməsinin hazırlıq mərhələsi tamamilə başa çatdırılmışdır. Bu ayın sonuna qədər layihə üzrə işlərə başlanacaqdır.

Enerji sistem üçün ən mühüm layihələrdən biri Dünya Bankının krediti hesabına maliyyələşdiriləcək sistemtəşkiledici yardımçı stansiyaların və müvafiq xətlərin yenidənqurulması, müasir kompüter idarəetmə sisteminin tətbiqi, skayder sisteminin və Milli Dispetçer Mərkəzinin yaradılması layihəsidir.

Sizin 2005-ci il 21 oktyabr tarixli Sərəncamınıza uyğun olaraq, bu layihənin həyata keçirilməsi üçün yaxın günlərdə Dünya Bankı və Azərbaycan Hökuməti arasında kredit sazişinin imzalanması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident!

Sizin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında 25 oktyabr tarixli Sərəncamınıza uyğun olaraq “Azərenerji” Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçmişdir. Seçkilərin hazırlanması və keçirilməsi dövründə seçki məntəqələrini elektrik enerjisi ilə etibarlı təmin etmək məqsədi ilə tədbirlər görmək və ona nəzarət etmək məqsədi ilə qərargahlar yaradılmışdır.

Möhtərəm cənab Prezident!

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirik.

Sizi bir daha əmin edirik ki, energetiklərin qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə, vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacaq, əlimizdən gələni əsirgəməyəcəyik.

İLHAM ƏLİYEV: İndi görülən işlər haqqında məlumat verdin. Bu, çox gözəldir, böyük işlər görülür. Modul stansiyaların tikilməsi, sonra Sumqayıt buxar-qaz stansiyası, Şimal-2 stansiyası - bunlar hamısı olacaqdır. Amma sən, de görüm, qarşıdan gələn qış mövsümündə bizi nələr gözləyir? İlin əvvəlindən bu günə qədər nə Bakıda, nə də rayonlarda demək olar ki, işıqla bağlı problem olmamışdır. Qış aylarında vəziyyət necə olacaqdır?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, biz stansiyalarda müəyyən təmir işləri aparmışıq. Stansiyaların hazırlığı keçən ilə nisbətən bu il daha yaxşıdır. Bildirdiyim kimi, ötürücü yardımçı stansiyalarda 500 meqavat amperdən artıq yükgötürmə qabiliyyətinə malikik. Amma bir fakt da var ki, 2004-2005-ci illərdə yeni stansiyaları sistemə qoşmamışıq. Buna baxmayaraq, biz DRES-dəki beşinci blokda 170 meqavata qədər yeni güc əldə edəcəyik. Qış mövsümündə, yanvar ayında Astara stansiyasında gücü 90 meqavata çatdıracağıq ki, bu da bütövlükdə, cənub bölgəsini tam təmin edəcəkdir.

İLHAM ƏLİYEV: Nə vaxt hazır olacaq, yanvarda?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, biz tikinti işlərini dekabrın sonunda qurtarmağı nəzərdə tutmuşuq. Yanvarda isə stansiyanın sistemə qoşulması işi həyata keçiriləcəkdir.

İLHAM ƏLİYEV: Yaxşı. Çalışın ki, problem olmasın.

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, problem olmayacaq.

İLHAM ƏLİYEV: Sağ olun.

X X X

Çıxış üçün “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikova söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik