Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI

- Mцhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Son 2-3 il ərzində regionlarda, o cümlədən Bakı şəhərində və ətraf qəsəbələrdə Sizin bilavasitə göstərişləriniz əsasında aparılan genişmiqyaslı quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər sosial problemlərin həllinə yönəlmişdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin həll olunmasında mühüm rol oynayır.

Bakı şəhəri ətraf qəsəbələri ilə birlikdə gündən-günə böyüyür, genişlənir. Yeni-yeni sənaye və ticarət obyektləri, sosial-mədəniyyət obyektləri yaranır. Bu inkişaf öz növbəsində, yeni enerji obyektlərinin yaradılmasını, onların yenidən qurulmasını tələb edir.

2005-ci ildə ölkə üzrə istehlak olunmuş elektrik enerjisinin 50 faizə qədəri Abşeron enerji qovşağının payına düşür. Yəni keçən il Bakı şəhərinə məhdudiyyətsiz olaraq 8 milyard kilovat-saata yaxın elektrik enerjisi verilmişdir. Bu isə 2002-ci ildəki göstəricidən 17 faiz çoxdur.

Hazırda “Şimal” istilik elektrik stansiyasında 400 meqavat gücündə bir ədəd buxar-qaz qurğusu işləyir. Yaponiyanın Yenidənqurma və İnkişaf Bankının krediti hesabına bu il orada 400 MVt gücündə ikinci buxar-qaz qurğusunun tikintisinə başlanacaqdır. Məsləhətçi şirkətlərin seçilməsi üzrə mьsabiqə proseduraları başa çatmışdır. İlin sonuna qədər isə podratçı şirkətlərin seзilməsi ьzrə mьsabiqə proseduraları başa çatdırılacaqdır. Bu layihə çərçivəsində 220 kilovoltluq 4 elektrikцtьrmə xəttinin зəkilməsi və gьcь 400 MVA olan 1 ədəd 220 kilovoltluq yardımçı stansiyanın inşası nəzərdə tutulmuşdur. Bu işlər 2008-ci ildə başa çatdırılacaqdır. Nəticədə Abşeron yarımadasının, o cümlədən Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının dairəvi sxemi yaradılacaqdır. Bugünkü sxemdən fərqli olaraq, Bakı şəhərinin, ətraf qəsəbələrin ən azı 4 ədəd 220 kilovoltluq yardımçı stansiyadan elektrik enerjisi ilə təchizatı təmin olunacaqdır. Bu tədbirlər Abşeron enerji qovşağına verilən elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, respublika energetika sisteminin daha dayanıqlı iş rejiminin təmin olunmasına əsaslı təsir gцstərəcəkdir. Eyni zamanda, Sumqayıt elektrik stansiyasının tikintisi üzrə işlər cədvələ uyğun olaraq aparılır.

2006-cı ildə Bakı şəhərində Bakı İstilik Elektrik Mərkəzinin ərazisində ümumi gücü 105 MVt olan 12 ədəd modul tipli qurğusu olan elektrik stansiyası quraşdırılıb istifadəyə veriləcəkdir. Bu stansiya işə salındıqdan sonra Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq Hövsan və 110 kilovoltluq Nizami hava xətlərinin yükü azalacaq və tələbatçıların təchizatının keyfiyyəti yüksələcəkdir.

2005-ci ildə Bakı şəhərinin və ətraf rayonlarının elektrik enerjisi təchizatını yaxşılaşdırmaq məqsədi ilə 500 kilovoltluq “Abşeron”, 330 kilovoltluq “Yaşma”, 220 kilovoltluq “Xırdalan”, 110 kilovoltluq “Maştağa” və “Puta” yardımçı stansiyalarında və yüksək gərginlikli sistemtəşkiledici elektrikötürmə xətlərində müasir avadanlıqlar bazasında bir sıra yenidənqurma işləri aparılmışdır.

220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Nizami”, 110 kilovoltluq “Binəqədi”, “Suraxanı”, ”Puta”, “Maştağa”, “8-ci Kilometr”, “Ramanı” və “Zığ” yardımçı stansiyalarında Almaniyanın KfW bankının 8,4 milyon avro krediti hesabına yenidənqurma işləri həyata keçiriləcəkdir.

220 kilovoltluq “Müşfiq” yardımçı stansiyasında 200 MVA gücündə 2 ədəd avtotransformatorun 250 MVA gücündə avtotransformatorlarla əvəzlənməsi və bir sıra köməkçi avadanlığın yeniləri ilə əvəz edilməsi işləri Yaponiya dövlətinin 7 milyon ABŞ dolları məbləğində qrantı hesabına görüləcəkdir. Bu işlər nəticəsində Səbail, Yasamal, Nəsimi və Qaradağ rayonlarının elektrik enerjisi təchizatı yaxşılaşacaqdır.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 3,5 milyon dollar krediti hesabına 110 kilovoltluq “Qala” yardımçı stansiyasında 40 MVA gücündə 2 ədəd transformator 63 MVA gücündə transformatorlarla, bir sıra köməkçi avadanlıq yeniləri ilə əvəz ediləcəkdir.

220 kilovoltluq “Səngəçal” yardımçı stansiyasında 1,7 milyon dollar vəsait hesabına 63 MVA gücündə olan avtotransformator 125 MVA güclü transformatorla əvəz ediləcək, köməkçi avadanlıq yeniləşdiriləcəkdir.

Proqrama uyğun olaraq, 330 kilovoltluq 4-cü Əli Bayramlı hava xəttinin “Abşeron” yardımçı stansiyasına giriş-çıxışı və 330 kilovoltluq açıq paylaşdırıcı quruluşu genişləndiriləcək, 220 kilovoltluq “Xırdalan” yardımçı stansiyasında 180 MVA gücündə avtotransformator 250 MVA gücündə avtotransformatorla əvəz ediləcəkdir. Bu işlər Binəqədi, Nəsimi, Nərimanov, Qaradağ və Abşeron rayonlarının elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına imkan verəcəkdir.

110 kilovoltluq “Binəqədi” yardımçı stansiyasında 40 MVA gücündə 2 ədəd transformator 63 MVA gücündə transformatorlarla əvəzlənəcəkdir. “Zabrat” yardımçı stansiyasında da transformatorlar əvəz ediləcəkdir. 110 kilovoltluq “Yeni Binə” yardımçı stansiyası yaxın vaxtlarada tikilib istifadəyə veriləcəkdir. 110 kilovoltluq 1-ci Zığ hava xətti yenidən qurulacaqdır.110 kilovoltluq “205 saylı” yardımçı stansiyada yenidənqurma işləri aparılacaqdır.

Möhtərəm cənab Prezident!

Bakı şəhərinin elektrik enerjisi təchizatını idarəetməyə götürmüş “BARMEK” şirkəti tərəfindən enerji haqlarının ödənilməsi üzrə müqavilə öhdəliklərinə əməl edilmədiyi kimi, deyərdim ki, şəbəkə təsərrüfatının inkişafına da lazımi səviyyədə diqqət yetirilmir. Belə ki, 6, 10, 35 kilovoltluq yardımçı stansiyalardakı transformatorlarda mövcud olan gərginlik tənzimləyiciləri işləmədiyinə və onların qoşulmasına dair işlər aparılmadığına görə, gərginliklər üzrə tənzimləmə işləri yalnız “Azərenerji”nin elektrik stansiyalarında böyük xərclər hesabına həyata keçirilir.

Fevral ayında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, “BARMEK”-in istismarında olan bir sıra 110 və 35 kilovoltluq yardımçı stansiyalarda sistem əhəmiyyətli tezlikdən yükaçma, gərginliyin aşağı düşməsindən yükaçma və sair əks-qəza avtomatika qurğuları işdən çıxarılmışdır.

Bundan başqa, “BARMEK” şirkəti “Azərenerji”nin dispetçer idarəsi tərəfindən verilən qərarların yerinə yetirilməsi istiqamətində heç bir təsirli tədbir görmür. Bu isə sistemin dayanıqlılığını aşağı salır və qəzaların kaskadla inkişafına və sistem qəzalarının baş verməsinə əlverişli şərait yaradır. “BARMEK” şirkəti tərəfindən idarəetmə dövründə Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün Bakıda və Abşeronda bir dənə də olsun 110 kilovoltluq yardımçı stansiya inşa edilməmişdir.

“BARMEK” şirkəti tərəfindən alınmış elektrik enerjisinin haqqının ödənilməsi üzrə müqavilə öhdəliklərinə əməl edilmir. Belə ki, yanvar ayında 62 milyard manatlıq müqavilə öhdəliyinə qarşı cəmi 10 milyard manat ödənmişdir. Fevral ayına görə isə öhdəlik 92 milyard manatdır, amma bu günə kimi bir manat da vəsait almamışıq.

Mцhtərəm cənab Prezident!

Sizin tapşırığınızla respublikanın 5 bölgəsində ümumi gücü 450 meqavat olan elektrik stansiyalarının tikintisi bu ilin sonuna qədər başa çatdırılacaqdır. Sizin bilavasitə iştirakınızla istismara buraxılmış, gücü 87 meqavat olan Astara elektrik stansiyası respublikanın cənub bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına böyük töhfə olmuşdur. Bu stansiyanın işə qoşulması nəinki bölgənin elektrik enerjisi təminatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, ümumilikdə sistemin dayanıqlılığının artırılmasında da əhəmiyyətli rol oynayır.

Məruzə etmək istəyirəm ki, Mingəзevirdəki Azərbaycan DRES-də 5-ci enerji blokunda Rusiyanın “Silovie maşinı” və Almaniyanın “Siemens” şirkətləri ilə birgə aparılan yenidənqurma işləri artıq başa çatdırılmışdır. Yenidənqurmadan əvvəl 170 meqavat gьclə işləyən bu blok indi sistemə 330 meqavat yük verir. Burada həm də yanacaq sərfinin 401 qramdan 320 qrama salınması nəticəsində ildə 130 min tona yaxın təbii mazuta qənaət ediləcəkdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, digər blokların yenidən qurulmasını maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə dörd ilədək aparılan danışıqlar heç bir nəticə verməmişdir. Hazırda digər Avropa bankları ilə danışıqlar aparılır.

Cənab Prezident, çıxışımın sonunda bir neçə problemi qeyd etmək istərdim. Hazırda və gələcəkdə tikiləcək yüksəkgərginlikli xətlər üçün ayrılmış torpaq sahələri fiziki şəxslər tərəfindən zəbt edilir və yaxud qeyri-qanuni olaraq satılır. Eyni zamanda, “Şimal” DRES ərazisində ikinci buxar- qaz qurğusunun tikintisini aparmaq üçün böyük çətinliklər yaranmışdır. Yəni oraya gələn xətlərin keçdiyi ərazi bütövlükdə, demək olar, zəbt edilmiş, yaxud satılmışdır.

Cənab Prezident, son 10-15 gün ərzində bizə Bakıətrafı qəsəbələrdən çoxlu sayda şikayətlər olubdur. Sizin qarşınızda məruzə etmək istərdim ki, “Azərenerji” tərəfindən qəsəbələrə bir saat da olsun məhdudiyyət verilməyibdir, yəni məhdudiyyət aparılmır. Ancaq bizə şikayətlər gəlir ki, qəsəbələrə işıq verilməsində saatlarla fasilə olur.

Mцhtərəm cənab Prezident!

Energetika sahəsinə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə dərin minnnətdarlığımızı bildirərək, Sizi əmin edirəm ki, Bakı şəhərinin və respublikanın bütün rayonlarının elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlərin müvəffəqiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcək, var qüvvəmizlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

İLHAM ƏLİYEV: “BARMEK” əgər öz öhdəliklərini yerinə yetirmirsə, siz onlara qarşı ölçü götürün. Biz nə vaxta qədər buna dözməliyik?! Şikayətlər həddindən artıq çoxdur. Mən hər dəfə sənə deyirəm ki, fasilələr olmasın, çünki biz indi yeni stansiyalar tikdiririk, yeni enerji potensialımız yaranır. Amma bilirəm ki, yerlərdə belə deyildir. Xüsusilə şəhərətrafı qəsəbələrdə. Ona görə ciddi ölçü götürün. Şirkət əgər özünü burada belə aparırsa, biz buna qarşı çox ciddi tədbirlər görməliyik. Qanun çərçivəsində. Deyirsən ki, heç bir vəsait ödənmir. Belə şey olmaz. Ona görə, ciddi məşğul olun, Nazirlər Kabineti də məşğul olsun. Buna dözə bilmərik. Bu, bizim, necə deyərlər, əsas mənbəyimizdir. Hər şey buna bağlıdır. Bunu sübut etməyə ehtiyac yoxdur, elektrik enerjisi hər şeyi - iqtisadi inkişafı da, enerji təhlükəsizliyini də, insanların rahat yaşamasını da müəyyən edir. Bu, həm iqtisadi, həm siyasi, həm də sosial amildir.

İndi bütün bu görülən işlərlə yanaşı, biz görürük ki, burada faktiki olaraq dəyişiklik yoxdur. Yeni elektrik stansiyaları tikilir, “Şimal” elektrik stansiyasi işə salındı. İndi modul elektrik stansiyaları tikilməyə başladı və bu yaxınlarda Astarada biz onun açılışında iştirak etmişdik. İndi belə stansiyalar ölkəmizin müxtəlif yerlərində tikiləcək, bu da öz növbəsində, regionların elektrik enerjisi ilə davamlı təmin olunmasına xidmət göstərəcəkdir. Eyni zamanda, qənaətə də gətirib çıxaracaqdır. Ona görə biz bu vəziyyətlə barışa bilmərik.

Mən soruşuram ki, vəziyyət necədir, deyirlər, saatlarla fasilələr olur. Nə üçün? Olmamalıdır! Mən vəzifə qoymuşam ki, hər bir yerdə, hər bir kənddə, hər bir evdə insan düyməni basıb işığı almalıdır. Bu, necə deyərlər, təbii bir tələbatdır. İndi biz bütün enerji gücümüzü səfərbər edirik, artırırıq. Təkcə bu il modul stansiyalar bizə 450 meqavat əlavə elektrik enerjisi verəcəkdir. Sən bir müddət bundan əvvəl mənə məruzə etmisən ki, Mingəçevirdə yeni blok işə salındı.

ETİBAR PİRVERDİYEV: Bəli.

İLHAM ƏLİYEV: Oradan nə qədər enerji alınacaqdır?

ETİBAR PİRVERDİYEV: 330 meqavat.

İLHAM ƏLİYEV: Biz 330 meqavat əlavə enerji aldıq.

ETİBAR PİRVERDİYEV: 170-in əvəzinə 330 meqavat.

İLHAM ƏLİYEV: Elədir, yəni təxminən 150 meqavat artım oldu.

“BARMEK”ə ciddi xəbərdarlıq edin, buna son qoymalıyıq. Qoy hesabat versinlər ki, nə iş görüblər, öz üzərlərinə düşən öhdəlikləri necə yerinə yetiriblər, hansı investisiyaları qoyublar. Məndə olan məlumata görə, götürüb köhnə transformatorları rəngləyib, guya təzə kimi investisiya proqramına salırlar. Ona görə, ciddi araşdırmaq lazımdır və buna son qoymaq lazımdır. Mən sizə göstəriş verirəm, bütün aidiyyəti orqanlar da məşğul olsunlar. Ya öz öhdəliklərini yerinə yetirsinlər, ya da ki, ölçülər götürək. Biz bu vəziyyətlə barışa bilmərik.

Siz qeyd etdiniz ki, torpaq sahələrini zəbt edirlər. Məndə də belə məlumat var. Birincisi, bu qanunsuz hərəkətlərdir. İkincisi, o torpaqları zəbt edənlər anlamalıdırlar ki, yüksəkgərginlikli xətlər altında yaşamaq olmaz. Bu sağlamlığa böyük ziyandır, böyük zərbədir. Yüksəkgərginlikli xətlərin altında yaşayan insan xəstələnir. Sonra çox pis xəstəliklər əmələ gəlir. Ona görə, biz gərək yol tapaq ki, qanunsuz zəbt edilmiş torpaqlar gərək boşaldılsın, qaytarıslın.

Məndə olan məlumata görə, əfsuslar olsun, indi Bakıda, müxtəlif rayonlarda belə bir meyil var ki, torpaqları zəbt edirlər, insanların ümumi istifadə yerlərini zəbt edirlər, onları hasarlayırlar. Dövlət məmurları, iş adamları, yaxud da yerli rəhbərlər, Bakıdan gələn məmurlar ümumi istifadə yerlərini hasarlayırlar, ondan sonra insanlar oradan istifadə edə bilmirlər. Yəni bu, çox ciddi məsələdir. Bu, təkcə sizə aid deyildir. Ümumiyyətlə, mən tapşırıq verirəm ki, bu məsələləri araşdırın. Biz buna yol verə bilmərik.

Mənə dünən məlumat verdilər, hansısa qəzetdə çıxmışdı ki, Buzovnada məscidin yanında böyük bir yeri hasarlayıblar. Dənizin qırağında, orada əyləncə mərkəzi tikdirmək istəyirlər. Mən dünən Hacıbala Abutalıbova zəng etdim, dedim ki, xəbərin var? Dedi ki, yox. Dedim ki, gedin, araşdırın, bu, nə məsələdir. Sonra axşam mənə zəng edərək dedi ki, bəli, hasarlayıblar, orada qanunsuz işlər aparılır. Mən ciddi tapşırıq verdim ki, araşdırın, o torpağı kim satıb, kim verib və kim orada qanunsuz işlərlə məşğuldur. İndi hər şeyin, necə deyərlər, həddi var. Məscidin yanında əyləncə mərkəzi tikdirmək - bu, böyük bir mənəviyyatsızlıq, vicdansızlıdır. Yəqin ki, gecələr orada diskotekalar təşkil olunacaqdır. Bu, birincisi. İkincisi, ümumiyyətlə, biz bu zonaya baxmalıyıq. Mən sizə dünən bir daha dedim ki, bütün sahilboyu zonaya baxmaq lazımdır, təftiş etmək lazımdır. Məndə olan məlumata görə, orada torpaqlar qanunsuz zəbt edilir. Bu işlərdə icra hakimiyyətlərinin başçıları, bələdiyyələr iştirak edirlər, qanunsuz işlərlə məşğul olurlar. Görürlər ki, onlara qarşı tədbir görülmür, daha da azğınlaşırlar. Ona görə sizə də, hüquq mühafizə orqanlarına da tapşırıram ki, ciddi araşdırılsın və buna birdəfəlik son qoyulmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb