“Azərenerji”də işə qəbul yalnız elektron qaydada olacaq
Bakı, 15 dekabr, AZƏRTAC
İstər işğaldan azad edilən ərazilərdə, istər paytaxtda və ölkənin digər yerlərindəki enerji obyektlərində işləmək istəyənlər artıq heç yerə getmədən məsafədən “Azərenerji” ASC-yə müraciət edə biləcəklər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, işə qəbul edilmək mərkəzləşdirilmiş qaydada yalnız elektron formada həyata keçiriləcək. Bunun üçün isə “Azərenerji”nin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsinə keçid etmək lazımdır.
Burada ilk növbədə vakansiyaları asanlıqla görmək və boş vakansiyanın hansı ərazi üzrə olmasından, məvacibinin nə qədər təşkil etməsindən tutmuş, bütün kriteriyalarını yoxlamaq mümkündür. Bundan sonra portaldan qeydiyyatdan keçib, elektron müraciət formasını dolduraraq kadr ehtiyat bazasına CV yerləşdirmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]