“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
Bakı, 20 fevral, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2000-ci xəlitə istehsal edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) emal edilmiş qızıl və gümüş tərkibli xəlitənin çəkisi 21 kiloqramdır. Xəlitənin növbəti mərhələdə 999.9 əyarda saflaşdırılması və dünya birjasında satışı nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ilk xəlitə tökümü 2016-cı il oktyabrın 13-də həyata keçirilib. QSC hazırda Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdən qiymətli metal filizlərinin hasilatını, ÇİRES-də isə emalını həyata keçirir.
Xatırladaq ki, bu günədək Səhmdar Cəmiyyət tərəfindən hasil edilmiş 402 min unsiya qızıl, 761 min unsiya gümüşün dünya birjasında satışı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 1 milyard 137 milyon manatdan çox vəsait cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]
Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib
- 13.10.2026 [17:56]
İqtisadi Şuranın növbəti iclası olub
- 13.10.2026 [17:48]