“Azəriqaz”: Əhali abonentlərinin 5,19 faizi güzəştli limit həddini keçib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanda təbii qaz təchizatında sosial siyasətin bir mühüm məqamı da əhali abonent qrupunda təbii qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır. Belə ki, hər il əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 min 500 (5,19 faiz), limit daxilində təbii qaz istehlak etmiş abonent sayı isə 2 milyon 236 min 410 (94,81 faiz) təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə əhali abonentlərinin 20,9 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Yerdə qalan 79,1 faiz əhali abonenti isə təbii qazdan güzəştli limit daxilində istifadə edib.
2021-ci il mayın 1-nə olan məlumata görə, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]