Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRİQAZ” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Azərbaycan Respublikası iqtisadiyyatının bütün sahələri kimi, ölkənin qaz təsərrüfatı da 2005-ci ilin doqquz ayında öz dinamik inkişafını davam etdirərək, bir sıra nailiyyətlər əldə etmişdir. “Azəriqaz” Səhmdar Cəmiyyəti öz fəaliyyətini, əsasən, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının və yanacaq-enerji kompleksinin inkişafı Dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanlarının icrası istiqamətində qurmuşdur. Göstərilən fərmanlara əsasən, “Azəriqaz” qaz təsərrüfatında əhali abunəçilərinin və iqtisadiyyatın təbii qaza olan tələbatının mümkün qədər ödənilməsi üçün irimiqyaslı və böyükhəcmli işlər həyata keçirir. 2005-ci ilin 9 ayında qaz təsərrüfatı üzrə tikinti sahəsində 19,6 milyard manatlıq iş görülərək, 77,6 kilometr qaz kəməri istismara verilmişdir. Təmir sahəsində isə 20,8 milyard manatlıq iş görülmüş, 35,6 kilometr müxtəlif diametrli borular təmir olunmuşdur. Görülmüş əsaslı tikinti və təmir-bərpa işləri nəticəsində təbii qazla təmin olunan abonentlərin sayı 28 min artmışdır. Bundan əlavə, 9 ay ərzində respublikanın 23 rayonunun, 8 qəsəbəsinin və 69 kəndinin təbii qaz təchizatı bərpa olunmuşdur.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən, respublikanın qaz almayan rayonlarının qaz təchizatının bərpası işləri davam etdirilir. İmişli rayonunun qaz təminatı ilə əlaqədar 34 kilometr Saatlı-İmişli daşıyıcı qaz kəmərinin təmir-bərpa işləri başa çatmaq üzrədir. Noyabr ayının axırına kimi İmişli rayon mərkəzi təbii qazla təmin olunacaqdır. Burada ilk növbədə, 1200 abonentə, habelə inşa olunan şəkər zavoduna təbii qaz veriləcəkdir.

Möhtərəm cənab Prezident!

Sizin cənub bölgəsinə səfəriniz zamanı verdiyiniz tapşırığa əsasən, Lerik və Yardımlı rayonlarının qazlaşdırılması üçün texniki-iqtisadi əsaslandırmanın əsas layihələri qısa bir müddətdə hazırlanmışdır. Bu rayonlarda heç vaxt qazlaşdırma işləri aparılmamışdır. Tərtib olunmuş layihə-smeta sənədləri əsasında 64 kilometr uzunluğunda magistral qaz kəmərinin çəkilməsi, tələb olunan avadanlıqların alınıb quraşdırılması və bilavasitə qazlaşdırmanın birinci mərhələsində rayon mərkəzlərinə qazın verilməsi üçün 46 milyard manat vəsait tələb olunur.

Cənab Prezident, Lerik və Yardımlı rayonlarının əhalisinə diqqət və qayğınızı, həmçinin onların yanacağa olan tələbatını nəzərə alaraq, Sizin tapşırığınızla bu işlərin tezləşdirilməsi məqsədi ilə 10 milyard manat vəsaitin ayrılması haqqında müvafiq göstəriş verilmişdir. Söz veririk ki, 2006-cı ilin noyabr-dekabr aylarında bu rayonların təbii qaz alması təmin olunacaqdır.

Eyni zamanda, bu rayonlarda təxminən 120 iş yerinin açılması nəzərdə tutulmuşdur.

Qaz almayan rayonlardan Ağcabədi və Beyləqan rayonlarının qaz təminatının bərpası 2006-2007-ci illərə nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmanla müəyyən edilmiş işlər ölkənin qaz təsərrüfatında tam həcmdə yerinə yetirilir və qaz hasilatının artımına uyğun olaraq, mərhələ-mərhələ bütün rayonlar təbii yanacaqla təmin olunacaqdır. 2005-ci ilin on ayında respublikaya 3 milyard 780 milyon kubmetr həcmində qaz idxal olunmuş, bunun 3 milyard 445 milyon kubmetri elektrik styansiyalarına təhvil verilmişdir. Ümumiyyətlə, 2000-ci ildən bu günə qədər respublikaya 20 milyard 500 milyon kubmetr qaz idxal olunmuşdur. “Azəriqaz” 2005-ci ilin 9 ayında 3 milyard 480 milyon kubmetr həcmində yerli qaz almışdır. Bu, keçən ilin müvafiq dövründəkindən 376 milyon kubmetr artıqdır. Bu imkandan istifadə edərək, 2005-ci ilin qazvurma mövsümündə yeraltı anbarlara 1 milyard 26 milyon kubmetr və ya keçən illə müqayisədə 400 milyon kubmetr çox qaz vurulmuşdur. Göründüyü kimi, yeraltı anbarlara təbii qazın bu miqdarda vurulması, gələcəkdə vurulacaq qazın həcminin artırılması vahid bir kompleks kimi fəaliyyət göstərən qaz nəqletmə sisteminin və onun ayrılmaz tərkib hissəsi olan yeraltı qaz anbarlarının texnoloji baxımdan yalnız birgə istismarının nəticəsidir.

Möhtərəm cənab Prezident, xüsusi vurğulamaq lazımdır ki, 1991-ci ildən bəri mümkün olmayan, lakin bu gün qazanılmış bu nailiyyət, yəni yeraltı anbarlara 1 milyard 26 milyon kubmetr qaz vurulması şəxsən Sizin bu sahəyə olan diqqət və qayğınız nəticəsində əldə edilmişdir. Bu həcm bizə imkan verəcəkdir ki, indiki payız-qış mövsümündə mövcud problemlərin bir qismini aradan qaldıraq.

2005-ci ilin doqquz ayında respublika ərazisində 1,8 milyard kubmetr qaz satılmışdır. Bu, 2004-cü ilin müvafiq dövrünə nisbətən 300 milyon kubmetr çoxdur. Respublika üzrə istehlak edilmiş qaza görə ödəmələrin həcminin 2004-cü ilin müvafiq dövrünə nisbətən 139 milyard manat və ya 1,8 dəfə artmasına baxmayaraq, ümumi ödəmə 54 faiz, əhali abunəçiləri tərəfindən ödəmə isə 25 faiz təşkil etmişdir. Ödəmələrin aşağı səviyyədə olması bizi qətiyyən qane etmir və bu sahədə ciddi dönüş yaradılması məqsədi ilə bütün rayon və şəhər qaz istismarı idarələrinə ciddi tədbirlərin görülməsi tapşırılmışdır.

Möhtərəm cənab Prezident, 15 ilə yaxın enerji blokadasında olan Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi, nəhayət, bu günlərdə bərpa ediləcəkdir. Layihədə göstərildiyi kimi, Naxçıvana qazın verilməsi İranla qaz mübadiləsi yolu ilə həyata keçirilməlidir. Dünəndən biz Astaradan İrana təbii qazın verilməsinə başlamışıq. Demək olar ki, bu gün, uzağı sabahdan biz Naxçıvan Muxtar Respublikasında qazın qəbulunu təmin edəcəyik.

İranın qaz nəqletmə sistemi 55 atmosfer təzyiqlə işlədiyinə görə, Astarada qaz-kompressor stansiyası tikilmişdir. Hacıqabul-Astara magistral qaz kəməri vasitəsilə bu stansiyaya verilən qaz oradan 55 atmosfer təzyiqlə İran İslam Respublikasına ötürülür. Magistral qaz kəməri əsaslı təmir olunmuş və 3,7 kilometrlik hissəsi tam dəyişdirilmişdir. Bu bizə imkan verir ki, qarşıdan gələn qış mövsümündə cənub bölgəsini qazla daha etibarlı, fasiləsiz təmin edək, eyni zamanda İrana qazın ötürülməsi təmin olunsun. Kompressor stansiyasından sərhədə qədər 2 kilometr uzunluğunda yüksəktəzyiqli magistral qaz kəməri inşa olunmuşdur. İran ilə Naxçıvan arasında mövcud kəmər yox idi. İran Culfası ilə Azərbaycan Culfası arasında Arazdan keçməklə yüksəktəzyiqli magistral qaz kəməri çəkilmişdir. 49 kilometr uzunluğunda Culfa-Naxçıvan yüksəktəzyiqli 530 millimetrlik qaz kəməri inşa olunmuşdur. Ümumilikdə Naxçıvanda 67 kilometr uzunluğunda yüksəktəzyiqli 530 millimetrlik magistral qaz kəmərləri çəkilmişdir. Bundan əlavə, 390 kilometr uzunluğunda şəbəkə ilə qaz xətləri çəkilmişdir. Naxçıvan şəhərinin tam qazlaşdırılması polietilen borularla həyata keçirilmişdir. Rayon mərkəzlərinin qazlaşdırılması üçün daşıyıcı kəmərlər çəkilmişdir.

Bundan əlavə, 8 avtomatik qazpaylayıcı stansiya, beynəlxalq standartlara uyğun 2 qazölçmə stansiyası (biri Astarada, biri Culfada), qazın tərkibini müəyyən edən laboratoriya, 8 rayonda inzibati bina, Naxçıvan şəhərində dördmərtəbəli müasir inzibati bina inşa olunmuşdur. 10 min 500 mənzil artıq qazı qəbul etməyə tam hazırdır, sayğaclar, qaz sobaları quraşdırılmışdır. Naxçıvan Qaz İstehsalat Birliyi yaradılıb və burada 350 iş yeri ilə təmin olunacaqdır.

Möhtərəm cənab Prezident, deməli birinci mərhələ artıq başa çatmaq üzrədir. İkinci mərhələnin texniki-iqtisadi əsaslandırması hazırlanıb təqdim olunmuşdur. İkinci mərhələdə 44 min abonentin qazla təmin olunması nəzərdə tutulur. Bu məqsəd üçün 145 milyard manat vəsait lazımdır. Bu vəsait olarsa, biz gələn il də işləri davam etdirərik.

Qaz təsərrüfatı üzrə 2005-ci ilin 9 ayında əlavə olaraq 752 iş yeri açılmışdır ki, bu da cənab Prezident, Sizin iş yerlərinin açılması üçün verdiyiniz tapşırıqların yerinə yetirilməsidir. Möhtərəm cənab Prezident, “Azəriqaz” Səhmdar Cəmiyyətinin çoxminli kollektivi adından Sizi əmin edirik ki, qaz təsərrüfatı işçiləri gələcəkdə də bütün tapşırıqlarınızı böyük əzm və ruh yüksəkliyi ilə həyata keçirəcəklər.

Diqqətinizə görə sağ olun.

İLHAM ƏLİYEV: 15 ilə yaxındır ki, Naxçıvana qaz verilmirdi. Naxçıvanlılar qazdan məhrum olmuşdular və çətin şəraitdə, xüsusilə, qışda, soyuq havada qaza həsrət qalmışdılar. İndi görülən tədbirlər nəticəsində Naxçıvanın qazla təminatı bərpa olunur və sabah, ya da birisi gün Naxçıvana qazın verilməsi təmin olunacaqdır. Bu, böyük bir hadisədir, deyə bilərəm ki, tarixi bir hadisədir.

ƏLİXAN MƏLİKOV: Cənab Prezident, mən üzr istəyirəm, keçən ilin avqustun 5-dən başlayaraq, İranla müvafiq sənəd imzalanan gündən Sizin gündəlik diqqətiniz, qayğınız nəticəsində bu qədər həcmdə iş bir il müddətində görüldü.

İLHAM ƏLİYEV: Bəli, birinci mərhələnin işləri artıq başa çatıb, ikinci mərhələyə də biz vəsait ayıracağıq ki, gələcəkdə Naxçıvanda qaz problemi olmasın.

Bəzi rayonlarda, ümumiyyətlə qazlaşdırma aparılmamışdır. Lerik və Yardımlıda keçmişdə də heç vaxt qaz olmamışdır, oraya qaz xətləri çəkilməmişdir. İndi biz Lerikə avtomobil yolu çəkdik, gələn il Yardımlıya avtomobil yolu çəkiləcəkdir. Hər iki rayona qaz xətləri də çəkilməlidir. Əlixan Məlikovun dediyi kimi, bu məqsədlə vəsait ayrıldı, gələcəkdə də ayrılacaqdır. Gələn ilin sonuna qədər hər iki rayonun qaz təchizatı təmin olunmalıdır. Eyni zamanda, bu günə qədər qazlaşmayan daha iki rayon da var.

ƏLİXAN MƏLİKOV: Bəli, Beyləqan və Ağcabədi.

İLHAM ƏLİYEV: Beyləqan və Ağcabədi. O rayonların da qazla təmin olunması məsələləri həll olunacaqdır. Beləliklə, Azərbaycanın bütün rayonları qazlaşdırılacaqdır. Qazın həcmi ildən-ilə artacaqdır. Gələn il “Şahdəniz” qaz yatağından çıxarılacaq qaz artıq bizim sistemimizə qoşulacaq, “Azəri” yatağından çıxan səmt qazı artıq sistemə qoşulubdur.

Elektrik enerjisi istehsalının, qaz hasilatının artımı, eyni zamanda, istilik sisteminin bərpası Azərbaycanda bu problemlərin aradan qaldırılması üçün imkan yaradacaqdır. X X X

Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik