Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRİQAZ” SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Bakının şəhərətrafı qəsəbələrindəki əhalinin sosial–məişət problemlərinin həlli, o cümlədən təbii qaz təminatının yaxşılaşdırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbərliyinin tapşırığına əsasən, təbii qaz təminatının yaxşılaşdırılması və bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən daim tədbirlər görülür.

Belə ki, “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən görülmüş tədbirlər nəticəsində 2005-2006-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar yeraltı qaz anbarlarına 1 milyard kubmetrdən artıq təbii qazın vurulması bizə imkan verdi ki, builki qışın ən soyuq günlərində Bakı şəhərinə sutkada 12 milyon kubmetr qaz verək. Lakin pik vaxtlarda sutkada Bakıya 12 milyon kubmetr qaz verilməsinə baxmayaraq, yenə də təminat tam ödənmirdi. Xüsusilə bu problem Bakının şəhərətrafı qəsəbələrində özünü daha çox büruzə verirdi. Bunun bir neçə səbəbləri var. Əvvəla, əhalinin həyat səviyyəsinin yaxşılaşmasının göstəricilərindən biri kimi, qəsəbələrin sürətlə böyüməsi, yeni tikililərin sayının artması, lakin həmin ərazilərdə lazımi qaz təchizatı infrastrukturunun olmaması. İkincisi, bir tərəfdən fərdi evlərin tikintisi üçün ayrılmış ərazilərdə mövcud qaz kommunikasiyalarının nəzərə alınmaması, bəzi hallarda isə kəmərlərin qoruq zonalarının pozulmasıdır. Hazırda Bakı şəhəri üzrə qoruq zonalarında 2600-dən çox tikili mövcuddur. Bu səbəbdən qoruq zonası pozulmuş kəmərlərdə təhlükəsizlik baxımından tələb olunan texnoloji rejimlərin saxlanması qeyri-mümkündür.

Cənab Prezident, 2005-ci ilin noyabr ayında Sizin iştirakınızla Bakı Şəhəri İcra Hakimiyyətində keçirilmiş yığıncaqdan sonra “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən bu məsələyə bir daha baxılmış və şəhərətrafı qəsəbələrin qaz təminatında olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər planı və iş proqramı hazırlanmışdır. Tədbirlər planına əsasən, texniki-iqtisadi əsaslandırma işləri aparılmış, hər bir obyekt üzrə layihə-smeta sənədlərinin tərtibi üçün sifarişlər verilərək işə başlanılmışdır.

Aparılmış ilkin hesablamalara görə, Bakı şəhərinin ətraf qəsəbələri üzrə ümumi uzunluğu 350 kilometr olan müxtəlif diametrli boruların cəkilməsi, əsaslı təmiri və yeni qazpaylayıcı stansiyaların, qaztənzimləyici məntəqələrin qurulması nəzərdə tutulmuşdur.

Görüləcək işlər Bakı şəhərinə daxil olan bütün qəsəbələr üzrə ayrı-ayrılıqda hesablanıbdır. Hesabatlara əsasən, Bakı şəhərinin qəsəbələrinin qaz təminatının yaxşılaşdırılması, onlardakı yeni yaşayış massivlərinin qaz təminatının təşkili nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş işlər iki mərhələdə - 2006-cı və 2007-ci illərdə həyata keçiriləcəkdir. Layihənin icrası 19 kəndi, 12 qəsəbəni əhatə edir və ümumilikdə 225 minə yaxın abunəçinin qaz təminatı yaxşılaşacaqdır.

37 kilometr magistral qaz kəmərinin çəkilməsi, 33 kilometr kəmərin qoruq zonasından çıxarılması, yeni salınmış yaşayış massivlərinin qaz təchizatı üçün infrastruktur yaradılmasından ötrü 29 kilometr kəmər çəkilməsi, 87 kilometr mövcud kəmərlərin əsaslı təmiri və yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 165 kilometr əlavə kəmərlərin çəkilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, 1 ədəd yeni qazpaylayıcı stansiyanın tikilməsi, 2-sinin yenidən qurulması, 2 ədəd yeni qaztənzimləyici məntəqənin tikilməsi nəzərdə tutulmuşdur.

Cənab Prezident, proqramda qeyd olunan layihələrin həyata keçirilməsi nəticəsində qaz təchizatındakı mövcud problemlər aradan qaldırılacaq, Bakıətrafı kənd və qəsəbələrin fasiləsiz və etibarlı qaz təminatına imkan yaranacaqdır.

İLHAM ƏLİYEV: Çox yaxşı. İndi bizim qaz hasilatımız artır və gələcəkdə daha da artacaqdır. Ona görə kifayət qədər qaz olacaqdır. Əsas odur ki, indi bütün xətləri biz normal vəziyyətə gətirib çıxaraq. Çünki Azərbaycanda qaz hasilatı ildən-ilə artacaqdır. Bu gün biz, haradasa, 5 milyard kubmetr hasil edirik, Rusiyadan böyük qiymətə 4,5 milyard kubmetr alırıq. Bilirsiniz ki, indi 1000 kubmetrin qiyməti 110 dollar olubdur. Ona görə dövlət 4,5 milyard kubmetr qazın alınması üçün, haradasa, 500 milyon dollar pul ödəyir. Onu da hamı bilməlidir ki, bunun müqabilində əhalidən o pulu yığa bilmir. Birincisi, ona görə ki, Azərbaycanda qazın daxili satış qiyməti 50 dollar səviyyəsindədir. Biz isə xaricdən bunu 110 dollara alırıq. Artıq buna, haradasa 100 faizdən çox dotasiya verilir. Pulun da yığılmasında böyük problemlər var. İndi yığım neçə faiz təşkil edir?

ƏLİXAN MƏLİKOV: Əhalidən 20 faiz.

İLHAM ƏLİYEV: Əhalidən 20 faiz, müəssisələrdən?

ƏLİXAN MƏLİKOV: Sənaye müəssisələrindən 90 faizdən yuxarı.

İLHAM ƏLİYEV: Ümumilikdə?

ƏLİXAN MƏLİKOV: Ümumilikdə təxminən 25 faiz.

İLHAM ƏLİYEV: 25 faiz. Mən bu barədə neçə dəfə demişəm. Biz buna gərək yol tapaq. İndi sayğaclar quraşdırılır. Amma eşidirəm ki, bəziləri sayğacları sıradan çıxarır, müdaxilə edirlər. Belə olmaz. Mən indi başqa ölkələri misal gətirmək istəmirəm, amma məcburam. İndi qonşu Gürcüstanda əhaliyə satılan qazın qiyməti 190 dollardır. Elədir?

ƏLİXAN MƏLİKOV: Bəli.

İLHAM ƏLİYEV: Başqa ölkələrdə təxminən 95 faiz yığılır. Gürcüstanda qaz var? Onlar qazı bizdən alırlar. Moldovada 160 dollardır. Başqa ölkələrdə də belədir. Bizdə 50 dollardır, onun da 25 faizi yığılır. Axı bu 500 milyon dollar, necə deyərlər, dövlətin çiynindədir. Bu 500 milyon dollar bizə nə qədər işlərin görülməsinə kömək edərdi. Mən hələ özümüz hasil edən qazın hesabını aparır, yəni orta qiymətini deyirəm. Əgər biz hasil etdiyimiz qazı da dünya qiyməti ilə götürsək, 1 milyard dollar edir. Biz bunu itiririk. Biz buna dözə bilmərik, ciddi tədbirlər görülməlidir.

Ancaq bununla yanaşı, əlbəttə ki, qazın hasilatı çoxaldıqca, bizim imkanlarımız da artacaq və biz bütün xətləri saz vəziyyətə gətirib çıxarmalıyıq. Biz artıq yeraltı qaz anbarını da təmir etdirdik, 1 milyard kubmetrə çatdırdıq. Gələcəkdə bilirəm ki, bunu 3 milyard kubmetrə çatdırmaq üçün proqram var. Beləliklə, bütün bizim qaz infrastrukturumuz gərək ən yüksək standartlara cavab versin. Xüsusilə Bakı kəndlərinə də qazın verilməsinə biz gərək nail olaq. İndi ki, proqram qəbul edirik, bu, bizə imkan verəcək ki, buna nail olaq.

X X X

Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə bir nəfər Araz çayında boğulub

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO