“Azəriqaz”ın rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Bakı, 19 dekabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağsu rayonunun, satış və istismar üzrə müavin Cahid Hüseynov Şamaxı rayonunun, əsaslı tikinti üzrə müavin Ramil İskəndərov isə Qobustan rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələbləri gözlənilməklə vətəndaşların qəbulda iştirakı üçün şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub.
Baş direktor qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasına baxmayaraq, “Azəriqaz” növbəli rejimdə iş başında olan təşkilatlar arasındadır. Bu dövrdə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmalı, regiondakı qaz təsərrüfatı işçiləri isə xəstəlikdən qorunmaq üçün səhhətlərinə fikir verməli, abunəçi müraciətlərinə baxarkən, yerlərdə müəyyən işlər görərkən sosial məsafə qaydalarına əməl etməlidirlər. R.Əliyev sərt karantin rejimi dövründə işçilər arasında mütəmadi test müayinələrinin aparılmasını da məqsədəuyğun sayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]