“Azermirror”: Gələcəkdə istehsal gücünün artırılması ilə xarici bazarlara məhsul ixracı nəzərdə tutulub
Sumqayıt, 29 yanvar, AZƏRTAC
Sumqayıt Sənaye Parkında yaradılan və investisiya dəyəri 6 milyon 130 min manat olan “Azermirror” MMC ildə 900 min kvadrat metr güzgü vərəqələr istehsal etmək imkanına malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında müəssisənin direktor müavini Eldəniz Allahverdiyev deyib.
Onun sözlərinə görə, istehsal edilən məhsul daxili bazarı təmin edir və gələcəkdə istehsal gücünün artırılması ilə xarici bazarlara da məhsul ixracı nəzərdə tutulub.
“Hazırda müəssisədə 30 nəfər daimi işlə təmin edilib. Bir ildən sonra ikinövbəli iş rejiminə keçməyi planlaşdırırıq. Bu həm iş yerlərinin, həm də ixrac imkanlarının artmasına səbəb olacaq. İstehsal zamanı yeni texnologiyalardan istifadə edilir və keyfiyyətə diqqət yetirilir. Müəssisəmiz sifarişlər də qəbul edərək məhsul istehsal edir. Müəssisənin ərazisində təhlükəsizlik qaydalarına ciddi əməl olunur, işçilər xüsusi geyim və əlcəklərlə təmin edilib”, - deyə Eldəniz Allahverdiyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]