“Azərsu” “Olimpiya” üzərində növbəti qələbəsini qazanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, Tbilisidə “Olimpiya” komandasının qonağı olan “Azərsu” Gürcüstan həndbolçuları ilə ikinci görüşü də qələbə ilə başa vurub. Bir gün əvvəl 43:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi, növbəti qarşılaşmada da rəqibə aman verməyib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” 40:17 hesablı qələbə qazanıb.
On iki oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. İki oyun az keçirən “Azəryol” ikinci pillədədir. “Qarabağ” 12 xalla 3-cü yerdə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]