“AZƏRSUN” MMC KÜRDƏMİRDƏ YENİ TİCARƏT MƏRKƏZİ TİKİB
Kürdəmir şəhərinin Sabir küçəsində yeni ticarət mərkəzi inşa edilib. Burada hər cür şəraiti olan anbarlar müxtəlif çeşidli gündəlik tələbat mallarının saxlanmasına və topdansatışına imkan verəcəkdir.
Ticarət mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu yaxınlarda istifadəyə veriləcək yeni obyektin xidmətindən ətraf rayonların ticarətçiləri də faydalanacaqlar.
Burada 16 nəfər daimi işlə təmin olunacaqdır.