AZƏRTAC-ın əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
Milli mətbuatımızın 148 illiyi və 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.