“Azəryol” ilk görüşünü qələbə ilə başa vurub
Bakı, 19 noyabr, AZƏRTAC
“Azəryol” həndbol klubu qadınlar arasında Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turniri çərçivəsində “Ankara Yenimahalle BSK” komandasına qalib gəlib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsi 17:17 hesabı ilə başa çatıb. İkinci hissədə daha üstün oyun nümayiş etdirən “Azəryol” rəqibini 30:29 hesabı ilə məğlub edib.
Ankaranın THF İdman Kompleksində keçirilmiş ilk qarşılaşmanı Şerif Xhema və Besfort Yahyadan ibarət kosovolu hakimlər briqadası idarə edib. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]