AzMİU: Karyera sərgisində tələbə və məzunlar üçün iş imkanları təklif ediləcək
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.
Sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək.
Karyera sərgisi aprelin 4-də AzMİU-nun idman kompleksində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]