AzTU-nun basketbol komandası finala yüksəlib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən “TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Yarımfinalda Texniki Universitetin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]