AzTU-nun basketbol komandasının qalibiyyəti davam edir
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, liqanın 19-cu turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 110:94 hesabı ilə Texniki Universitetin komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, liqanın oyunlarında AzTU, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xəzər Universitetinin komandaları iştirak edir.
Oyunları “AzTU TV” yutub kanalından canlı izləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]