Badmintonçularımız “Uganda International Challenge 2023” turnirində ikinci olublar
Bakı, 27 fevral, AZƏRTAC
Badmintonçularımız Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni tandemi kişi badmintonçuların qoşa kateqoriya üzrə yarışında İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.
Təmsilçilərimiz həlledici görüşdə Tailand badmintonçularına uduzaraq turniri ikinci pillədə başa vurublar.