DÜNYA
“BAFTA 2024” kino mükafatının nominantlarını elan edib
![“BAFTA 2024” kino mükafatının nominantlarını elan edib](/files/2024/1/1200x630/17056702331949235653_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
2024-cü ilin “BAFTA” film mükafatına namizədlər elan edilib, onların arasında 13 nominasiya üzrə “Oppenheimer” filmi liderdir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sonrakı yeri 11 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi tutur. Martin Skorsezenin “Çiçək ayı qatilləri” və Conatan Qleyzerin “Maraq zonası” filmləri isə doqquz nominasiya ilə növbəti yeri bölüşürlər.
“Barbie”nin 2023-cü ilin ən çox gəlir gətirən film olmasına baxmayaraq, o, ən yaxşı film nominasiyasını qazana bilməyib.
“BAFTA 2024” mükafatlandırma mərasimi fevralın 18-də Londonun “Royal Festival Hall” sarayında keçiriləcək. Tədbirin aparıcısı şotlandiyalı aktyor Devid Tennantdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.07.2024 [15:14]
Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib
- 05.07.2024 [14:51]
Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək
- 05.07.2024 [14:03]
Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO
- 05.07.2024 [13:36]
Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir
- 05.07.2024 [13:33]
Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib
- 05.07.2024 [13:08]
İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib
- 05.07.2024 [13:04]
Fransada namizədlər və seçki fəalları mütəmadi hücumlara məruz qalır
- 05.07.2024 [12:44]