Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bağdadi İmam: Prezident İlham Əliyev mədəniyyət paytaxtı Şuşanın şöhrətini bərpa etdi

Bağdadi İmam: Prezident İlham Əliyev mədəniyyət paytaxtı Şuşanın şöhrətini bərpa etdi

Qahirə, 8 iyul, AZƏRTAC

Misirin Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət attaşesi, bu ölkənin Ali Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Bağdadi İmam son günlərdə İƏT-in Baş katibi Hissein Brahim Taha və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının nümayəndələrinin Qarabağa, onun incisi olan mədəniyyət paytaxtı Şuşaya səfərləri ilə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

- Cənab İmam, siz 2006-cı ildə Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi vəzifəsinə çalışmısınız. Həmin dövrdə ölkəmizin regionlarına səfərləriniz zamanı təhsil və mədəniyyət tədbirlərində fəal iştirak etmişiniz. Yəqin ki, Qarabağla bağlı azərbaycanlı ziyalılarla da söhbətləriniz olub.

- Bəli, mən Azərbaycanın bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etmişəm. İstər bu görüşlərdə, istərsə də rəsmi tədbirlərdə azərbaycanlı ziyalıların, habelə sadə vətəndaşların Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözlədiklərinin şahidi oldum. İnsanlar bütün bayramlarda arzu edirdilər ki, növbəti şənliyi Qarabağda, Şuşada keçirsinlər. Onlarda öz doğma evlərini, ata-babalarının məzarlarını yenidən görəcəklərinə böyük inam var idi. Əlbəttə, bu inam xalqın öz liderinə böyük etimadından qaynaqlanırdı. Nəhayət, o gün gəldi, Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və fitri siyasətçi istedadı sayəsində arzular gerçəkləşdi. Bütün İslam aləmi, o cümlədən Misir ictimaiyyəti Azərbaycan Ordusunun şanlı Qələbəsini alqışladı və torpaqlar düşmən tapdağından qurtuldu. Mən Bakıdakı dostlarımı, alimləri və mədəniyyət xadimlərini bu münasibətlə təbrik etdim, həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü kimi, həmkarlarımla birlikdə Azərbaycan Prezidentinə və xalqına məktub ünvanladıq.

- Bildiyiniz kimi, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və onların iştirakçıları Qarabağa, mədəniyyət paytaxtı Şuşaya səfərləri zamanı ermənilərin tarix-mədəniyyət abidələrini dağıtmasının şahidi olur, eyni zamanda, qonaqlara bərpa-quruculuq işləri nümayiş etdirilir. Sizcə, Şuşa şəhəri İslam dünyasının ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilə bilərmi?

- Şübhəsiz ki, bunun üçün hər cür imkanlar mövcuddur. Şuşanın hər daşında mədəni irs yadigarı var. Azərbaycan hökuməti də bu qədim mədəniyyət paytaxtının təbliği istiqamətində böyük işlər görür, müsəlman ölkələri, o cümlədən Misirin mədəniyyət, ictimai xadimlərinin, beyin mərkəzlərinin və jurnalistlərin Qarabağa səfərləri təşkil olunur. Qeyd etməliyəm ki, artıq bu fəaliyyət öz bəhrəsini verir. Belə ki, ərəb mətbuatında demək olar ki, günaşırı Qarabağ, Şuşa ilə bağlı xəbərlər və məqalələr dərc olunur. Fikir verin, Şuşa erməni işğalı altında olduğu zaman Misirdə çox az adam bu şəhərin mövcud olmasından məlumatlı idi. Burada Azərbaycanla bağlı keçirilən tədbirlərdə, əsasən, Xocalı soyqırımı gündəmdə olurdu. İndi isə Şuşa haqqında məlumatlar bütün ərəb ölkələrində yayılır. Bu, Azərbaycanın informasiya cəbhəsində mühüm qələbəsi sayıla bilər. Jurnalistlərimiz və ictimai-siyasi xadimlərimiz də bu gözəl şəhəri görməyə, orada keçirilən tədbirlərdə iştirak etməyə can atırlar, iş adamları bərpa-quruculuq işlərində iştirak etmək istəyirlər.

Bir məqamı qeyd etmək yerinə düşərdi. Düşünürəm ki, Şuşada İslam ölkələrinin iştirakı ilə böyük mədəniyyət tədbirlərinin, sərgilərin, konfransların təşkili faydalı olardı. Bundan başqa, gələcəkdə Qarabağda müsəlman dövlətlərinin gənclərinin də təhsil alacağı, birgə elmi tədqiqatların aparılacağı universitetin də açılması məqsədəuyğundur.

- Səfalı, füsunkar Qarabağ torpağı həm də böyük turizm mərkəzinə çevriləcək. Ərəb ölkələrindən turistlərin Azərbaycana böyük maraq göstərdiyi bir vaxtda işğaldan azad olunmuş torpaqlarda turizm potensialını necə qiymətləndirirsiniz?

- Qarabağ bölgəsi heyrətamiz dağ yüksəkliklərinə malikdir və bu, ona yaraşıq, ecazkarlıq bəxş edir. Təmiz havanı, füsunkar təbiəti, yaşıllığa bürünmüş dağları, büllur suyu olan bulaqları və çayları sevən ərəb turistlər üçün bu torpaqlar cazibəli olacaq. Yay aylarında sərin havalardan həzz alan misirlilər üçün də Şuşada dincəlmək çox əlverişlidir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin inkişafı, yenidən qurulması, abadlaşması prosesinə xüsusi diqqət göstərir. Burada ən müasir standartlara cavab verən otellər, hava limanları turistlərin rahatlığına xidmət edəcək. Prezident İlham Əliyev, həmçinin mədəniyyət paytaxtı Şuşanın qədim şöhrətini bərpa etdi və buraya gələcək qonaqlar müxtəlif mədəni tədbirlərdə iştirak etmək imkanına malik olacaqlar. Bir sözlə, Qarabağın, onun incisi Şuşa şəhərinin tarixində yeni mərhələ başlayır. Ölkənizin Misirdəki dostları xoşbəxt, sabaha inamla addımlayan, Qarabağlı Azərbaycan görməkdən olduqca məmnunuq və həmişə sizinlə birlikdəyik.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO