“Bakı Ağ Şəhər” layihəsinin əməkdaşları “Bakı Marafonu-2019”da iştirak edəcək
Bakı, 1 may, AZƏRTAC
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Ötən illər olduğu kimi bu il də, “ Bakı Ağ Şəhər” layihəsinin əməkdaşları marafonda daha geniş heyətlə iştirak edəcəklər.
“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonunun iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni qaçacaqlar.
Ötən il Bakı marafonunda “Ağ Şəhər” heyəti bütün məsafəni qət edərək finişə çatmışlar. Hazırda iştirakçılar yüksək nəticəyə nail olmaq üçün məşqlərə start veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]