Bakı Ali Neft Məktəbi növbəti dəfə əsaslı dezinfeksiya edilib
Bakı, 3 mart, AZƏRTAC
Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində (BANM) təxirəsalınmaz tədbirlər davam etdirilir.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisəsində müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, tələbə yataqxanası növbəti dəfə “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.
Aidiyyəti struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.