BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 82 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4933 manata bərabər idi. Təklif 50 min və tələb 82 min dollar olmuş, manatın məzənnəsi 2 bənd düşərək, 1 dollar üçün 4935 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4935 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 026 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 5,063 milyarddır. Bir əqdə, orta hesabla, 128 250 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,524 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Fevralın 4-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]