BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 100 min dollar təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4917,20 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 13 milyon 755 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 67,636 milyarddır. Bir əqdə, orta hesabla, 1 250455 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar EUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 19,374 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 3-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə
əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]