BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 340 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4916 manata bərabər olmuşdur. Təklif 300 min dollar və tələb 340 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4917 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4917 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 932 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,500 milyarddır. Bir əqdə, orta hesabla, 276 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd
bağlamamışlar.
BEST-də AVR/AZM TOD aləti üzrə 1 AVR üçün 5989 manat məzənnə ilə, ümumən, 15 min avro məbləğində əqd bağlanmışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 170,40 manat məzənnə ilə, ümumən, 400 min rubl məbləğində əqd bağlanmışdır.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit
bazarında banklar, ümumən, 24,400 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 6-da Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd
bağlanmamışdır.