BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 300 000 dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4907 manat olmuşdur. Təklifin həcmi 270 000 dollar və tələbin həcmi 300 000 dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4908 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4906,23 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 13 milyon 449 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 65,984 milyarddır. Bir əqdə, orta hesabla, 1 222 636 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 169,23 manat məzənnə ilə, ümumən, 800 min rubl məbləğində əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 44,857 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 1-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.