BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9127 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 milyon 962 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9128 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 2 milyon 962 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 2 704 204 AZN təşkil edir. Bir əqdə orta hesabla 592 400 dollar düşmüşdür.
AUR/AZN T+0 aləti üzrə 10 min avro məbləğində bir əqd qeydə alınmışdır. Avronun məzənnəsi 1,0838 AZN olmuşdur.
Banklar EUR/AZN T+1 və RUB/AZN T+0, T+1 alətləri üzrə EHBS-də sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,91 faiz, ABŞ dolları üzrə isə 14,75 faiz təşkil etmişdir
Fevralın 28-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.