BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8871 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 1 820 140 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0002 bənd düşmüşdür.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 6 732 476,40 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8875 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 9 milyon 636 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 552 616,40 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 204 500 dollar düşmüşdür.
AUR/AZN T+1 aləti üzrə 7 956,20 AZN-ə bərabər həcm qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 AUR üçün 1,1366 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,90 faiz, ABŞ dolları üzrə isə 14,98 faiz təşkil etmişdir.
Avqustun 4-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.