Bakı Dövlət Universitetinin tələbələri üçün Erasmus+ proqramı
Bakı, 3 oktyabr, AZƏRTAC
İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramı çərçivəsində təhsil alacaq Bakı Dövlət Universitetinin tələbələrinə müraciət edib. Bütün dünyada hökm sürən və ali təhsil müəssisələrinə də təsir göstərən pandemiya səbəbindən İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramının 2018 və 2019-cu il layihələrində iştirak etməli olan tələbələrin dərslərini 2020-2021-ci tədris ilinin ikinci semestrinə keçirmək qərarına gəlib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan qrantlar 2020-2021-ci tədris ili üçün paylanılacaq. İspaniyanın Kadiz Universiteti tərəfindən 2020-2021-ci ilin ikinci semestri haqqında qərar təsdiqlənəcəyi zaman Erasmus + KA107 çağırışı üçün gələn BDU tələbələrinə məlumat veriləcək.
Ətraflı məlumat əldə etmək istəyən tələbələr [email protected] elektron ünvanı və +994 12 5390557 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]