Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib ŞƏRH

Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib  ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. Bu sərgilər həm də qarşıdakı dövrün hədəflərini müəyyənləşdirir. İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, həmçinin yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbrik məktubları, çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın bu gün dünyanın enerji xəritəsində hansı yeniliklərə imza atdığını, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu ortaya qoyur. Reallıq budur ki, ölkəmiz beynəlxalq səviyyədə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb.

Onu da qeyd edək ki, builki yubiley tədbirində Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, ümumilikdə 39 ölkədən 267 şirkət təmsil olunur. İldən-ilə iştirakçıların say tərkibində artım bir daha onu təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib. Prezident İlham Əliyev çıxışında bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycanın çətinliklərin öhdəsindən gələ və həqiqi müstəqil dövlət ola bilməyəcəyi aydın idi. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı qaranlıq mənzərə yaranmışdı. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə kimi diqqətdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın bu gününə və sabahına inam artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara da diqqəti yönəltdi. Bildirdi ki, neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Ölkədə savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.

Vüqar Rəhimzadə Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, tranzit imkanlarımız günbəgün artır. Ölkəmizdə infrastruktur layihələrinin uğurlu icrası prioritet məsələlərdəndir. Bu günlərdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı keçirilən Laçın Beynəlxalq Hava Limanı ölkəmizin sayca 9-cu beynəlxalq hava limanıdır. Təkcə bu gün azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrasına diqqət yetirməklə ümumilikdə dövlətimizin yol-nəqliyyat infrastrukturuna xüsusi diqqət göstərdiyini görmək mümkündür. Azərbaycan enerji və nəqliyyat layihələrinin uğurlu icrası ilə yerləşdiyi coğrafi məkana uyğun olaraq ölkələr, xalqlar arasında birləşdirici, körpü roluna bir daha aydınlıq gətirir.

Prezident İlham Əliyev yubiley tədbirinin açılışındakı çıxışında onu da qeyd etdi ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Bir çox ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Müqayisə üçün qeyd edək ki, ötənilki Bakı Enerji Həftəsindəki çıxışında dövlət başçısı İlham Əliyev qaz ixracının coğrafiyasının genişlənməsindən bəhs edərkən bu rəqəmi açıqlamışdı ki, səkkiz ölkəyə təbii qaz ixrac edirik. Bir ildə həmin ölkələrin sayı 12-yə çatıb. Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşularımıza da töhfə verdiyini görürük. Reallıq budur ki, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir.

Milli Məclisin deputatı bildirib ki, günün əsas çağırışına uyğun olaraq Azərbaycanın yaşıl enerji gündəliyi də olduqca zəngindir. Ötən il ölkəmizin yüksək səviyyədə ev sahibliyi ilə keçirilən COP29 iqlim konfransı bütün bu məqamlara işıq saldı. Neft və qazla zəngin olan Azərbaycanın xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması özündə günün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev çıxışında bu məqamlara da diqqəti yönəltdi ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat həcmində yaşıl enerji müqavilələri imzalandı. Builki tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq. Yəni, Azərbaycan bu yol ilə irəliləyir. COP29-un “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Bir sözlə, COP29 iqlim konfransı Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirdi. Yeni əməkdaşlıq formatlarının yaradılması, ənənəvi tərəfdaşlarla əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradıldı.

Vüqar Rəhimzadə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, yeni dostlar və tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayan neft strategiyasının uğurlu icrasında SOCAR-ın da öz payı olduğunu bildirib. Vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev sərgidə əvvəlcə Azərbaycanın və ölkəmizin strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR-ın stendinə baxdı. SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. SOCAR, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək ekoloji cəhətdən təmiz və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir.

Deputat ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycanın uğurlu enerji siyasəti nailiyyətlərimizin davamlılığını şərtləndirir. Hazırda ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları ilə diqqətdədir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın iqtisadi inkişaf səviyyəsi özünü aydın şəkildə nümayiş etdirir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub