Bakı Limanında Qazaxıstan gəmisindən konteynerlərin aşırılması işi həyata keçirilir
Bakı, 10 mart, AZƏRTAC
Hazırda Bakı Limanında Qazaxıstan gəmisindən konteynerlərin aşırılması işi həyata keçirilir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Barys” konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb. Bu gün səhər saatlarında Bakı Limanına çatan gəmindən hazırda konteynerlərin sürətli şəkildə aşırılması işi həyata keçirilir.
Belə ki, bu gəmi vasitəsilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb. Onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]