Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub
Bakı, 23 aprel, AZƏRTAC
“Bakı Metropoliteni” QSC qatarların hərəkətini ənənəvi iş günləri qrafikinə uyğun olaraq tam bərpa edib və sistem hazırda tam gücü ilə fəaliyyət göstərir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, metropolitenin bütün xətləri üzrə qatarların hərəkəti stabil şəkildə təşkil olunur.
Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə sərnişinlərin istifadəsinə verilib.
“Texniki sistemlər üzərində nəzarət daha da gücləndirilib və monitorinq prosesi fasiləsiz davam etdirilir. Görülən tədbirlər sərnişin daşımalarının təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]
Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb
- 10.08.2026 [16:36]
Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]