Bakı Nəqliyyat Agentliyi təkər dolu 23 yük avtomobilini cəbhəyə yola salıb
Bakı, 2 oktyabr, AZƏRTAC
“Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu dəfə 23 yük avtomobili ilə 16 mindən çox təkər göndərilib. “Hər şey Vətən üçün” aksiyasına “Təmiz Şəhər” ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb.
Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42 min 500-dən çox təkər göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]