SİYASƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “İrəli” Ümumrespublika Gənclər Hərəkatı, “Azad gənclər” və “Azərbaycan könüllüləri” ictimai birlikləri, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri 2005-ci il oktyabrın 14-də metronun “20 Yanvar” stansiyasının önündən başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə Yasamal rayonundakı “Dövlətfilmfondunun” binası qarşısındakı meydanda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yürüş-mitinq keçirmişlər.
Saat 16.00-dan 18.00-dək davam edən aksiyada həmin ictimai qurumların 40 min nəfərədək üzvü və təəssübkeşi iştirak etmişdir.
Tədbir zamanı aksiya iştirakçıları tərəfindən asayişin pozulması hallarına yol verilməmişdir.