BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Universitetin rektoru, professor Kamal Abdullayev qonağı tədbir iştirakçılarına təqdim etmişdir.
Görüşdə V.Əliyev Müstəqil Azərbaycanın hərb tarixindən, ötən əsrin 70-ci illərində ölkəmizdə təhlükəsizlik kadrlarının hazırlanmasında, hərbi məktəblərin yaradılmasında bu tarixin təməl daşını qoyan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açmışdır. O, ali hərbi və ali hərbi dənizçilik məktəblərində azərbaycanlı kursantların sayının artmasında, hərbçilərin təhsillərini davam etdirmək üçün xaricə göndərilməsində də ulu öndərimizin rolunu yüksək qiymətləndirmişdir.
1993-cü ildə Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dahi rəhbərimizin uzaqgörən siyasəti nəticəsində hərbi sabitlik əldə olunduğunu, atəşkəs yaradıldığını vurğulayan natiq hazırda ölkəmizdə hərb sahəsində ciddi problemlərin aradan qaldırıldığını bildirmişdir.
Səmimi keçən görüşdə tələbələrin çoxsaylı suallarını cavablandıran general axırda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirmiş, universitetin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]