Bakıda Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə beynəlxalq assosiasiyanın konfransı keçiriləcək
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büronun gördüyü işlərin nəticəsi olaraq oktyabrın 27-28-də Enerji İdarəçilərinin Regional Assosiasiyası (ERRA) növbəti konfransını Bakıda keçirəcək. Tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Konqreslər Bürosu təşkilatçıları bütün lazımi informasiya ilə təmin edib.
Konfrans çərçivəsində ilk dəfə olaraq su idarəetmə məsələlərinə həsr olunmuş paralel sessiya da keçiriləcək.
Qeyd edək ki, ERRA əsasən Mərkəzi Avropa və Avrasiya regionunda çalışan müstəqil enerji idarəçilərini bir araya gətirən könüllü təşkilatdır. Təşkilatın yaradılmasında əsas məqsəd tənzimləyici təcrübə mübadiləsinin aparılması və uğurlu təcrübələrin müəyyən edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]