Bakıda beynəlxalq “Tullantıdan sənətə” sərgisi təşkil olunacaq
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 14-də Bakının Qala qəsəbəsində tullantı materiallarından və lazımsız əşyalardan hazırlanmış sənət əsərlərinin beynəlxalq sərgisi keçiriləcək.
“Tullantıdan sənətə” adlı sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə dördüncü dəfə təşkil olunur.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərginin məqsədi ictimaiyyət arasında tullantılarla düzgün rəftarı, resurslardan qənaətlə istifadəni və insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini təbliğ etməkdir.
Beynəlxalq sərgidə 17 ölkədən 23 nümayəndə iştirak edərək müxtəlif növ tullantılardan incəsənət nümunələri hazırlayacaq. Bu əsərlər 5 gün ərzində şəhər sakinlərinin, azərbaycanlı və xarici qonaqların ziyarəti üçün açıq olan sərgidə nümayiş olunacaq.
“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]